RU

İsrail: Livanın Hizbullah mövqelərinə zərbə, raketçilərin hədəf alındığı açıqlanıb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusu 20 fevralda Livana endirilən hücumun məqsədinin "Hizbullah"ın raket bölmələrinin potensialını zəiflətmək olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, zərbələr Livanın şərqində, Baəlbək bölgəsindəki üç "Hizbullah" qərargahına endirilib. Hücum nəticəsində bir neçə "Hizbullah" raketçisi məhv edilib.

İsrail tərəfi bildirir ki, "Hizbullah"ın hərbi bölmələri döyüş hazırlığını artırmağa çalışırdı və İsrailə atəş açmaq planlaşdırırdılar. "Hizbullah raket bölmələri İsrail ərazisinə raket və mərmilər atmaqdan məsul olan qurumdur və son dövrlərdə bu cür atəş açmağı planlaşdırırdılar", - deyə mətndə qeyd edilib.

İsrailin fikrincə, "Hizbullah"ın hərəkətləri "İsrail ilə Livan arasında atəşkəs sazişini pozur". İsrail ordusu isə öz növbəsində "atəşkəs sazişlərinə sadiq qalır" və "Hizbullah tərəfindən möhkəmlənmə və silahlanma cəhdlərinə qarşı tədbir görməyə davam edəcək" deyib.

20 fevral axşamı, İsrail ordası Baəlbək bölgəsindəki "Hizbullah"ın komanda mərkəzinə zərbə endirdiyini açıqlayıb. Lebanon 24 xəbər portalı, tibbi mənbələrə istinadən, hücum nəticəsində ən azı 12 "Hizbullah" üzvünün öldüyünü, 37 nəfərin isə yaralandığını bildirib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
bizimyol.info

1Источники