RU

4500 bilet iki dəqiqəyə satıldı

Beynəlxalq Tennis Şöhrəti Zalı Rocer Federerin adının bura daxil olunmasın münasibəti ilə keçiriləcək mərasım üçün biletlərin iki dəqiqə ərzində satıldığını dəqiqləşdirib.

"Football-plus.az" xəbər verir ki, baxmayaraq ki, təşkilatçılar küçədəki fan-zonaya əlavə bir neçə min bilet də artırıb. Zalın təmsilçisi sosial şəbəkə hesabında bunları yazıb: “Kiçik, lakin tarixi yer kimi imkanlarımız məhduddu”.

Zaldan onu da bildiriblər ki, “Böyük dəbilqə” turnirlərini 20 dəfə qazanan ilk kişi tennisçi ətrafında belə ajiotajı gözləyirmişlər.

44 yaşlı isveçrəli əfsanə ilə bağlı mərasim avqustun 29-da Nyuportda keçiriləcək. Mərasimi izləmək üçün əvvəldən nəzərdə tutulan 900 biletdən əlavə təşkilatçılar birbaşa translyasiyanın təşkil olunacağı küçədəki fan-zona üçün 3600 yerlik kiçik stadion da açıb. Bununla belə, 4500 biletin hamısı iki dəqiqəyə sahibini tapıb.

Beynəlxalq Tennis Şöhrəti Zalı 19-cu əsrdə tikilən “Nyuport Kaziono”nin binasında yerləşir. Yaxınlarda orda Federerlə Serena Uilyamsın zala daxil olunması şərəfinə dəyəri 3 milyon dollar təşkil edən yenidənqurma işləri aparılıb. Amerikalı xanım tennisçi karyerasını bərpa etməsə, 2027-də bu şərəfə layiq görüləcək.

Избранный
18
football-plus.az

1Источники