RU

Orban: Zelenski bunu etməsə, bizdən dəstək gözləməsin!

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski neft tədarükü bərpa olunmayacağı təqdirdə Macarıstandan heç bir dəstək gözləməməlidir.

Turkustan.az xəbər verir ki, Polşa Baş naziri Donald Tusk, ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında verdiyi açıqlamada, həmkarı Orbanın Ukraynaya Avropa yardımının qarşısını aldığını bildirib və əlavə edib: "Bəs bundan kim məmnundur?"
Baş nazir Orban Tuskun sözlərinə X hesabında cavab verib.

Orban bildirib ki, "Hörmətli Donald, mən Macarıstan xalqı və Macarıstan üçün məsuliyyət daşıyıram. Əgər kimsə onlara zərər verərsə, onları qorumaq mənim vəzifəmdir. İndi də belə olacaq. Prezident Zelenski neft daşımalarını bərpa etməsə, bizdən heç bir dəstək gözləməməlidir".

Macarıstan və Slovakiya üçün vacib olan Drujba boru kəmərinə 27 yanvarda hücum edilib və nəticədə neft daşınmaları dayandırılıb. Budapeşt və Bratislava hökumətləri Ukraynanı bu neft daşınmalarının davam etdirilməsinə mane olmaqla vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırıb.

Drujba boru kəməri ilə neft daşınması dayandırıldıqdan sonra Macarıstan və Slovakiya Ukraynaya dizel yanacağı tədarükünü dayandırmaqla cavab verdi.

Macarıstanın xarici işlər naziri və xarici ticarət naziri Peter Siyarto dünən açıqladı ki, Macarıstan Drujba boru kəməri ilə Ukraynaya neft nəqli bərpa olunana qədər Avropa Birliyinin (AB) 90 milyard avroluq kreditini bloklayacaq.

Aytən Yaşar/ Turkustan.az

Избранный
20
turkustan.az

1Источники