RU

Əliyar Ağayev harda, Rəhim Həsənov da orda! – yeni sədr FİFA hakimindən narazıdı?

AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov ən təcrübəli yerli hakim Əliyar Ağayevi nəzarəti altında saxlayır.

Rəhim Həsənov mövsüm ərzində ikinci dəfə hakim-inspektor kimitəyinat alıb. Özü də Əliyar Ağayevin idarə edəcəyi “Sabah” - “Kəpəz” oyununa.

Xatırladaq ki, ötən turun “İmişli” – “Qarabağ” oyununda Əliyar VAR hakimi idi. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov Kadi Borgesə qırmızı vərəqə göstərilməsini etiraz etmiş, bunu VAR-dan gələn göstərişin nəticəsi kimi təqdim etmişdi. Sonradan AFFA İntizam Komitəsi də Kadiyə təcavüzkar davranışa görə yox, ciddi qayda pozuntusuna görə cəza verdi.

Rəhim Həsənov ilk dəfə hakim-inspektor kimi təyinat alanda yeni vəzifəyə keçməsinin bir ayı yenicə tamam olmuşdu. 9-cu turda “Karvan-Yevlax” - “Turan Tovuz” oyununda VAR hakimi olan Əliyar Ağayev ciddi səhvə yol vermişdi. Növbəti turda isə “Turan Tovuz” - “Şamaxı” oyunu Əliyar Ağayevə tapşırıldı, Həsənov həmin oyuna hakim-inspektor kimi yollandı.

Bu nümunələrdən çıxan nəticə odu ki, Rəhim bəy ölkənin ən güclü hakimini addım-addım izləyir, işinə nəzarət etməyə çalışır.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
14
1
football-plus.az

10Источники