Bəzən rəhimlidir, bəzən də tiran
Bəzən abad qılır,bəzən də viran
Bəzən çiçək açar, bəzən də tikan
Cəlladın əlində kəndirdir dünya
Yandırıb, bişirən təndirdir dünya
Atalı analı,yetim qoyandır
Haqq görən gözləri həmən oyandır
Məsumu suçlayıb dəri soyandır
Qarğanın ağzında pendirdir dünya
Yandırıb bişirən təndirdir dünya
Bəzən yara sarar bəzən qan içər
Adil orağıla qəmdən bar biçər
Qartalı itirib sərçə,sar seçər
Gödəklər içində hündürdür dünya
Yandırıb bişirən təndirdir dünya
Vələdov Əncəm Azər oğlu 1986-cı il 24 iyulda Qusar rayonunda anadan olub. İxtisasca əczaçıdır. Ailəlidir, 2 uşaq atasıdır. Həm Azərbaycan, həm də ləzgicə şeirlər yazır. “Marvar” ədəbi məclisinin üzvüdür. Aktiv şəkildə qiraətlə məşğul olur.