RU

Gəncədə daha bir yol qəzası oldu FOTOLAR

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, “KIA” markalı avtomobilin “Mitsubishi” markalı maşınla toqquşması nəticəsində 3 nəfər – 1987-ci il təvəllüdlü Sərxan Hüseynov, 1960-cı il təvəllüdlü Rəna Abdilova və 1986-cı il təvəllüdlü Mehriban İsgəndərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, qəzaya səbəb “KİA” markalı avtomobilin “Mitsubishi”nin yoluna çıxması olub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxunub 38

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
avtosfer.az

1Источники