RU

Ağsuda dörd il əvvəl təmirə bağlanmış məktəbdə işlər niyə ləng gedir?VİDEO

Dörd il əvvəl təmirə bağlanmış məktəb binası hələ də təhvil verilmir.

Xezerxeber.az-ın məlumatına görə, Ağsu rayonunda yerləşən şəhid Sultan Umayev adına 2 saylı tam orta məktəbin binasında təmir işlərinin bu qədər uzanması valideynləri çətin vəziyyətdə qoyub.

Onlar deyirlər ki, 2020-ci ilin sentyabr ayından təmir adı ilə bağlanan məktəb binasında işlər çox ləng gedir.

Hazırda məktəbin şagirdləri digər məktəbdə təhsillərini davam etdirirlər. Bunun üçün şagirdlər uzun yol qət etməli olurlar.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda 18 ümumtəhsil məktəbində və 2 məktəbdənkənar təhsil müəssisəsində cari, 1 məktəbdə isə əsaslı təmir işləri aparılır. Ağsu şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında 2023-cü ilin oktyabr ayından əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar olaraq təhsil müəssisənin pedaqoji və şagird kontingenti Ağsu şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinə köçürülüb. Hazırda layihələndirmədə təkmilləşdirmə işləri aparılır. Bununla əlaqədar prosesdə qısamüddətli ləngimə baş versə də, işlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
42
xezerxeber.az

1Источники