RU

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

News365.az  xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən "N" saylı hərbi hissədə baş verib.

Belə ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.

Избранный
2
21
news365.az

10Источники