RU

Gerald R. Ford aviyadaşıyıcısının uzunmüddətli missiyası heyətin ruhunu sarsıdır WSJ

ain.az, Bizimyol saytına istinadən bildirir.

Amerika Birləşmiş Ştatlarının "Gerald R. Ford" aviadaşıyıcısının yenidən yerləşdirilməsi və Yaxın Şərqə göndərilməsi heyətə mənfi təsir edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti, hərbi qulluqçular və onların ailələri ilə apardığı müsahibələr əsasında məlumat yayıb.

Bir hərbçinin sözlərinə görə, ekipajın bir çox üzvü məyus və əsəbi vəziyyətdədir, bəziləri isə vətənə döndükdə istefaya çıxmağı planlaşdırır. Kapitan Devid Skarosi isə qəzetə müsahibəsində bildirib ki, Yaxın Şərqə göndərilmə qərarı onu təəccübləndirib. Çünki o, yaxın həftələrdə evə dönməyi gözləyib və ailəsinə də bu barədə məlumat verib. Uzunmüddətli missiyalar gəmi üzərində mənfi təsir göstərir, müxtəlif avadanlıqlar sıradan çıxır, təmir işləri isə təxirə salınır. "Gerald R. Ford" aviadaşıyıcısının qarşılaşdığı çətinliklərdən biri də sanitar problemləridir.

Ümumiyyətlə, aviadaşıyıcıların yerləşdirilməsi 6 ay davam edir və zərurət yaranarsa, bu müddət bir neçə ay uzadıla bilər. Lakin "Gerald R. Ford" heyət artıq 8 aydır ki, dənizdədir. Gəmi, 2023-cü ilin iyununda Virciniya ştatının Norfok limanını tərk edib, oktyabrda Karib dənizinə göndərilib, indi isə Yaxın Şərqə doğru hərəkət edir. Mümkündür ki, bu davamlı yerləşdirmə 11 ay sürsün, bu da ABŞ Hərbi Dəniz Qüvvələri üçün rekord xidmət müddəti olacaq.

Bizimyol.info Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
icma.az

1Источники