RU

Rəqibə keyfiyyət baxımından uduzduq Füzuli Məmmədov

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Rəqibə keyfiyyət baxımından uduzduq" - Füzuli Məmmədov

"Karvan Yevlax" Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Araz-Naxçıvan”a 0:2 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, "Karvan Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Mütəxəssis məğlubiyyətin əsas səbəbi kimi fürsətlərdən istifadə edə bilməməyi göstərib:

"Ağır məğlubiyyət oldu. Oyuna çox yaxşı başlamışdıq, ilk hissədə bir neçə qol epizodu yaratdıq. Amma qalib gəlmək üçün bu fürsətləri dəyərləndirmək lazımdır. "Araz-Naxçıvan" keyfiyyət baxımından bizi üstələdi. Onlar əllərinə düşən ilk imkandan istifadə etdilər. İkinci hissədə oyunu çevirmək istəsək də, penaltidən sonra çətin oldu".

Məşqçi bildirib ki, komanda əzmkarlıq göstərsə də, oyunun taleyini fərdi ustalıq və keyfiyyət həll edib. O, sistem dəyişikliyi etdiklərini, lakin bunun nəticəyə təsir etmədiyini vurğulayıb.

"İkinci hissədə daha gümrah futbolçuları meydana buraxdıq, sistemdə dəyişiklik etdik. Bununla hücum xəttində say artdı. Qalib gəlmək üçün qol vurmaq lazımdır. Amma son vuruşlarda keyfiyyət önəmlidir. Futbolçular əzmkarlıq göstərdilər. Amma bu, azdır."

Mütəxəssis hər matça üç xal üçün çıxdıqlarını və rəqibə təzyiq göstərməyə çalışdıqlarını qeyd edib.

"Çox çalışırıq. Bu oyuna da qələbə üçün çıxmışdıq. Rəqibə pressinq tətbiq edirdik. Bunun üçün güc lazımdır. Pressinqlə yaxşı qol epizodları yaratdıq. Bunları vurmaq lazımdır."

Baş məşqçi komandada 35-ci dəqiqədən sonra düşüş olması fikri ilə razılaşmayıb:

"Sizinlə razı deyiləm. Komanda birinci hissədə pressinq tətbiq elədi. Ola bilər ki, futbolçular situasiyaya uyğun olaraq arxadan əks-hücuma çıxıblar. Fiziki və taktiki cəhətdən məğlub olmadıq. Biz bu gün rəqibə keyfiyyət baxımından uduzduq".

Sonda mütəxəssis çətin vəziyyətə baxmayaraq sona qədər mübarizə aparacağını ifadə edib.

"Çox çalışıram. Sona qədər də çalışacam. İlk gündə necə başlamışdımsa, elə də davam etdirirəm."

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
7
qol.az

10Источники