Latın Amerikasının ən sabit iqtisadiyyatlarından biri hesab olunan Peru son illərdə dərin siyasi böhran yaşayır.
NOCOMMENT.az xəbər verir ki, ölkədə prezidentlərin tez-tez dəyişməsi artıq adi hala çevrilib.
Fevralın 17-də parlament qərarı ilə vəzifədən uzaqlaşdırılan 39 yaşlı Xose Xeri son altı ildə impiçment yolu ilə postunu itirən dördüncü prezident oldu.
Bundan əvvəl Martin Viskarra 2020-ci ildə, “xalq prezidenti” kimi tanınan Pedro Kastilyo 2022-də, həmçinin Dina Boluarte ötən ilin sonunda hakimiyyətdən uzaqlaşdırılmışdı.
Ölkədə iqtisadi sabitlik qorunsa da, siyasi sistemdə davam edən böhran yaxın gələcəkdə hakimiyyət dəyişikliklərinin yenə təkrarlana biləcəyini göstərir.
Sara
NOCOMMENT.az