ABŞ İordaniyadakı Muvafaq Salt hava bazasına 60-dan çox hərbi təyyarə yerləşdirib.
"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat verib.
Qeyd edilib ki, bu, adətən orada yerləşən təyyarələrin sayından təxminən üç dəfə çoxdur. Bundan əlavə, təyyarələr anqarlarda da yerləşə bilər. Bazar günündən bəri bazaya ən azı 68 nəqliyyat təyyarəsi eniş edib. Bazadakı avadanlıqlar arasında beşinci nəsil F-35 qırıcıları, eləcə də pilotsuz uçuş aparatları və helikopterlər olub.
“The New York Times” qəzetinin məlumatına görə, bu hərbi addım ABŞ-nin Muvafaq Salt hava bazasını İrana qarşı potensial hücumların planlaşdırılması üçün əsas mərkəz hesab etdiyini göstərə bilər.
"Cebheinfo.az"