RU

Ermənistan Rusiya ilə ipləri tam qoparır? - Qafanda diplomatik qarşıdurma pik həddə

Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri gərginləşdirən yeni gizli planı ifşa olunub.

Turkustan.az xəbər verir ki, erməni mətbuatının (“Past” nəşri) yaydığı sensasion məlumata görə, İrəvan Rusiyanın Sünik (Zəngəzur) bölgəsinin Qafan şəhərində baş konsulluq açmaq cəhdlərini artıq üç ildir ki, süni şəkildə ləngidir.

Mənbələr iddia edir ki, Ermənistan Xarici İşlər Nazirliyi yuxarı dairələrdən xüsusi tapşırıq alıb: Moskvadan gələn müraciətləri mümkün qədər cavabsız qoymaq, vaxtı uzatmaq və heç bir rəsmi şərh verməmək. Bildirilir ki, xüsusilə 2025-ci ilin may ayından bəri İrəvan bu məsələdə tam "sükut rejimini" seçib.

Diqqətçəkən məqam odur ki, 2022-ci ilin oktyabrında Qafanda İranın baş konsulluğu operativ şəkildə açılsa da, Rusiya üçün eyni şərait yaradılmır. Baxmayaraq ki, 2023-cü ildə İrəvan rəsmi razılığını vermişdi, daxili siyasi qüvvələr və "Mülki Müqavilə" partiyasının fəalları hakimiyyətin gizli tapşırığı ilə bu prosesə mane olmağa çalışırlar.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 2025-ci ilin mayında İrəvanda keçirdiyi görüşlər zamanı Qafanda konsulluq açılması üçün "hazırlıq işlərinin getdiyini" desə də, görünən odur ki, Ermənistan tərəfi bu "hazırlığı" qeyri-müəyyən müddətə dondurub.

Ekspertlər hesab edirlər ki, İrəvanın bu addımı Qərbin regionda artan təsiri və Rusiyanın Ermənistandakı strateji varlığını zəiflətmək siyasətinin tərkib hissəsidi. /Musavat.com/

Избранный
12
1
turkustan.az

2Источники