RU

“İlk hissədə istədiklərimizi edə bilmədik” Andrey Demçenko

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli premyer-liqasının 21-ci turunda “Araz-Naxçıvan” səfərdə “Karvan-Yevlax”a 2:0 hesabıyla qalib gəldi. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Andrey Demçenko media önünə çıxıb.- Oyunçularıma dedim ki, çətin oyun olacaq, rəqibin itirəcəyi heç nə yoxdu, sona qədər vuruşacaqlar. İlk hissədə istədiklərimizi edə bilmədik. Belə vəziyyətlərdə səbrli olmaq lazımdı. Biz də belə etdik, əks-hücumda qol vurduq. İkinci yarıda fərqli oynadıq. Çalışdıq ki, rəqibə oynamaq üçün məsafə verməyək. Oyunçularıma təşəkkür etdim. Özgüvənli oynadılar, hər şeylərini qoydular. Rahat ola bilmərik. Qarşıda oyunlarımız var.- Felipe Santos artıq əsas heyətdə oynayır. Anladız ki, o komandanın lideridi? Daim oynayacaq?- Ona izah etdik ki, yaxşı oyunçudu. Hər şey çox sadədi. Üzərində çalışdı, heyətə qayıtdı. Müdafiəyə də kömək edirdi.- Klub prezidentinin axtarışda olması komandaya necə təsir edir?- Bu barədə məlumatım yoxdu. Öz işimizi görürük. Öz rejimimiz var.- Komandaya gələndə klub prezidenti ilə görüşmüşdüz?- Əlbəttə. Kimisə işə götürəndə danışmaq lazımdı.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
2
icma.az

3Источники