RU

Ağ Ev-dən son xəbər: İrana zərbə ilə bağlı razılıq…

ABŞ-də İrana qarşı mümkün hərbi zərbə məsələsi ilə bağlı hələlik yekdil qərarın olmadığı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evin nümayəndəsi bildirib ki, hazırda bu istiqamətdə administrasiya daxilində konsensus formalaşmayıb.

Açıqlamada ABŞ prezidenti Donald Trampın mövqeyinin dəyişməz qaldığı vurğulanıb.

Onun sözlərinə görə, Vaşinqton İranın uranı zənginləşdirməsinə  və bu ölkənin nüvə silahına sahib olmasına yol verilməyəcək.

Ağ Evin nümayəndəsi qeyd edib ki, Tramp İranın nüvə proqramını ABŞ üçün əsas təhlükələrdən biri hesab edir və bu məsələdə sərt mövqe nümayiş etdirir.

“Prezident Tramp İrana uranı zənginləşdirməyə icazə verməyəcək. O, İranın nüvə silahına sahib olmasına və ya onu istehsal etmək imkanına malik olmasına yol verməyəcək”, – deyə açıqlamada bildirilib.

Məlumata görə, hazırda ABŞ administrasiyası məsələ ilə bağlı müxtəlif variantları müzakirə edir və diplomatik, iqtisadi və hərbi addımlar paralel şəkildə nəzərdən keçirilir. Lakin mümkün hərbi müdaxilə ilə bağlı yekun qərarın verilməsi üçün hələlik bütün tərəflərin ortaq mövqeyə gəlmədiyi vurğulanır.

Aliyə
NOCOMMENT.az

Избранный
19
nocomment.az

1Источники