RU

ABŞ yeni qırıcı təyyarəsini nümayiş etdirdi

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin “Pratt & Whitney” şirkəti “XA103” mühərrikini hazırladığı qabaqcıl “Boeing F-47” qırıcı təyyarənin mümkün vizual görünüşünü əks etdirən video yayımlayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, müvafiq materiallar şirkətin rəsmi səhifəsində yerləşdirilib.

Mühərrikin özü “Next Generation Adaptive Propulsion” proqramı çərçivəsində hazırlanır.Videonun mütəxəssislərin ən çox diqqətini tək oturacaqlı, öndə iki üfüqi mühərriki olan təyyarənin trapesiya formalı qanadları və quyruqsuz olması cəlb edib.

“F-47” rəsmi renderlərdə nümayiş etdirilsə də, videodakı model bir sıra xüsusiyyətləri ilə diqqət çəkir.

Beləliklə, yeni vizual götüntüdə “F-22”-nin mühərriklərinə bənzər şəkildə dartma vektoru ilə idarə olunan düz burunlu iki mühərrik yer alıb. 

Müşfiq Abdulla

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
cebheinfo.az

2Источники