RU

Premyer Liqa: “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı məğlub etdi

BAKI, 21 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXI turunda “Karvan-Yevlax” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə qolları Felipe Santos vurub. Braziliyalı futbolçu görüşün 32-ci dəqiqəsində və 51-ci dəqiqəsində penaltidən fərqlənib.

Bu nəticədən sonra Andrey Demçenkonun komandası xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Fizuli Məmmədovun rəhbərlik etdiyi kollektiv isə hazırda 6 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən qarşılaşmalarında “Turan Tovuz” doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib, “Sumqayıt” – “Qəbələ” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb. Tura fevralın 22-də yekun vurulacaq.

Избранный
7
2
teleqraf.com

3Источники