RU

Pərvin Eyvazov: Azərbaycan dili dövlət dili kimi geniş tətbiq imkanlarına malikdir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 21 fevral, AZƏRTAC

Beynəlxalq Ana Dili Gününün qeyd olunduğu müasir dövrdə qlobal təhdid və risklərə qarşı dövlətlərin milli-strateji hədəfləri olmaldır. Bu, müasir dünyamız üçün təkcə simvolik tarix deyil, həm də bütün ölkələrdə dil quruculuğu prosesinə yeni baxışlar və yanaşmalar, milli dillər üçün qlobal təhdidlərə hazırlıq baxımından ciddi çağırışdır. Çünki ana dili milli kimliyin, tarixi yaddaşın və milli-mədəni davamlılığın əsas daşıyıcısı, dövlətçiliyin ən əsas atributudur.

Bu fikirlər Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi filologiya elmləri üzrə fəlsəfə doktoru Pərvin Eyvazovun Beynəlxalq Ana Dili Günü ilə bağlı yazısında qeyd olunub. AZƏRTAC yazını təqdim edir.

Hər bir dövlət, xalq öz ana dili ilə bağlı yarana biləcək gələcək risklərə qarşı onillikləri, hətta yüzillikləri əhatə edən strategiyalar formalaşdırmalı, bu sahədəki nəzarət və təbliğatı gücləndirməlidir. Müasir dövrdə qlobal dəyərlərin nüfuz və təsir dairəsi genişləndikcə və bunlar müxtəlif vasitələrlə insanlara şüuraltı qəbul etdirildikcə, milli-ideoloji dəyərlərin bünövrəsi ciddi şəkildə zədələnə bilər. Hazırkı mərhələdə dilimizin tətbiqinin möhkəmləndirilməsi və bununla bağlı edilən çağırışlar ziyalıların və medianın fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır. Azərbaycan dili dövlət dili kimi geniş tətbiq imkanlarına malikdir. Lakin qloballaşma, rəqəmsallaşma və çoxdilli kommunikasiya şəraitində onun funksional mövqeyinin qorunması və inkişafı daim diqqət tələb edir. Bu baxımdan Beynəlxalq Ana Dili Günü hər il bizə bunu xatırladır ki, dilimizin qorunması yalnız emosional bağlılığın təzahürü deyil, həm də sistemli elmi-ictimai vəinstitusional fəaliyyət tələb edir.

Müasir mərhələdə əsas məsələlərdən biri ədəbi dil normalarının qorunması və ana dilində daha keyfiyyətli kommunikasiya mühitinin formalaşdırılmasıdır. Xüsusilə, rəqəmsal platformalarda, sosial şəbəkələrdə, onlayn mediada, reklam mətnlərində, özəl sektora məxsus iaşə obyektlərinin adlandırılmasında dil normalarının pozulması hallarına tez-tez rast gəlinir. Dil qaydalarının geniş planda pozulması hallarının müşahidə olunması həm də gənc nəslin nitq mədəniyyətinə təsir göstərən ciddi amildir. Ana dili həm də milli-ideoloji düşüncənin əsas təbliğat formasıdır. Xalqla dialoqun aparıcı komponentidir. Ona görə də gənclərin milli-ideoloji ruhda yetişməsi, əcnəbi, yad ideoloji təsirlərə məruz qalmamaları üçün ana dilində daha keyfiyyətli kommunikasiya mühiti formalaşdırılmalı, təlim-tərbiyə məzmunlu yaradıcı əsərlərin mətnlərində ana dilimizin zənginliyi düzgün və daha təsirli formada öz əksini tapmalıdır. Təbii ki, burada ədəbiyyat, mədəniyyət xadimlərinin, müəllimlərin və media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
azertag.az

1Источники