Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Unikal"a istinadla məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı 1973-cü il təvəllüdlü M.Hüseynov, 1990-cı il təvəllüdlü P.Əhmədov, 1991-ci il təvəllüdlü S.Cəfərov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.