RU

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1973-cü il təvəllüdlü M.Huseynov, 1990-cı il təvəllüdlü P.Əhmədov, 1991-ci il təvəllüdlü S.Cəfərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

Избранный
3
10
apa.az

10Источники