Meyxanaçı-müğənni Samirə Yusifqızı qızı Fərəhi təhqir etdiyi üçün həmkarı Mətanət Əsədovaya mesaj göndərib.
Milli.Az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında Mətanət Əsədovadan belə bir münasibət gözləmədiyini bildirib:
"Onun sənətinə hörmətim var, amma mən şəxsən ondan belə bir münasibət gözləməzdim. Çünki Mətanətlə ailəvi bir-birimizi tanıyırıq. Sadəcə olaraq bildirirəm ki, kiməsə dərs vermək istəyəndə zəhmət çəkib güzgüdə özünə baxsın. Belə bir məsəl var, kor-kora kor deməsə bağrı çatlayar".
Qeyd edək ki, müğənni Mətanət Əsədova "Bu nə hərəkətdir? Bu nə tərbiyədir? Utan, xəcalət çək! Ayıbdır, belə əxlaqsızları, tərbiyəsizləri efirə buraxmayın!" deyərək Fərəh Samirəqızı və Kəmalə Günəşlini tənqid edib.
Xatırladaq ki, Fərəh Samirəqızı qeyri-etik ifadələr işlətdiyimə görə, məhkəmə qarşısına çıxarılıb və İnzibati Xətalar Məcəlləsinənin 510.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib.
Milli.Az