RU

“Qışda Qazaxıstan, yayda Azərbaycan klubları ilə işləmək sərfəlidir”

«Hazırda Qazaxıstan klubları ilə işləmək daha əlverişlidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında tanınmış menecer Ceyhun Sultanov deyib.

O bildirib ki, sözügedən ölkənin təmsilçiləri ilə ciddi əlaqələr qurub. Yaxın münasibətlərin nəticəsində oranın transfer bazarına daxil olub:

«Qazaxıstan çempionatı yaz-payız sistemi üzrə keçirilir. İndi onlarda mövsümlərarası fasilədər.

Yeni mövsümə martda başlayacaqlar. Odur ki, bütün klublar çalışır ki, heyətlərini gücləndirsinlər.

Bugünlərdə Qazaxıstana iki legioner aparmışam. Onlardan biri «Neftçi»dən tanıdığımız Mamadu Mbodjdur.

Seneqallı müdafiəçini «İrtış»a verdim. Daha bir legioneri isə başqa klub aldı. Qazaxıstan klublarının maliyyə vəziyyəti yaxşıdır.

Açığı, sərfəlidir onlarla iş qurmaq. Azərbaycanda isə yalnız yay transfer bazarında fəallıq olur.

Bu baxımdan götürsək, qışda Qazaxıstan, yayda isə Azərbaycan komandaları ilə işləmək sərfəlidir».

Избранный
18
sportinfo.az

1Источники