RU

Ramazanda həzm probleminə son İftardan sonra cəmi bir fincan bəs edir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Ramazan ayında qidalanma rejiminin dəyişməsi bir çox insanda şişkinlik, həzm problemləri və halsızlıq yaradır. Gün boyu davam edən aclıqdan sonra qəbul edilən ilk qidalar həm mədəyə, həm də bağırsaqlara birbaşa təsir göstərir. Sağlam qidalanma mütəxəssisi, professor Canan Karatay iftardan sahura qədər olan müddət üçün vacib tövsiyələrini paylaşıb.Demokrat.az xəbər verir ki, Karatayın fikrincə, iftarda həddi aşmadan, təbii və ənənəvi qidalarla qidalanmaq lazımdır. Xüsusilə iftarda yaranan qəfil ağırlığı aradan qaldırmaq və həzmi rahatlatmaq üçün qəhvə və zeytun yağının əhəmiyyətini vurğulayır. O, bağırsaqların yaxşı işləməsi üçün şəkərsiz Türk qəhvəsinin olduqca təsirli olduğunu bildirir. Şəkərsiz qəhvə qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır və mədəni yormur.İftara ağır yeməklərlə deyil, ilıq şorba ilə başlamaq mədəni isidir və həzmi tədricən aktivləşdirir. Şorbadan sonra qısa fasilə vermək toxluq siqnallarının beyinə çatmasına kömək edir ki, bu da nəzarətsiz yeməyin qarşısını alır. Lakin qəhvənin vaxtına diqqət yetirilməlidir. Yatmazdan çox az əvvəl içilən qəhvə yuxu rejiminə mənfi təsir edə biləcəyi üçün onu iftardan bir qədər sonra, axşamın erkən saatlarında qəbul etmək daha doğrudur.Professor sahura qalxmağın vacibliyini də xüsusi qeyd edir. Sahura qalxmadan tutulan orucun maddələr mübadiləsi üçün stres yaratdığını deyən Karatay, bu öyündə kənd yumurtası, kərə yağı, zeytun və bol göyərtiyə üstünlük verməyi məsləhət görür. Qoz, fındıq və ya püstə kimi sağlam yağ mənbələri gün ərzində uzunmüddətli toxluq təmin edir.Ramazanda ən çox rast gəlinən su darlığı probleminə qarşı isə sahura qədər bol su içmək şərtdir. İşlənmiş və qablaşdırılmış məhsullar, şəkərli və qazlı içkilər süfrələrdən kənarlaşdırılmalıdır. İftardan sonra edilən qısa və yüngül templi gəzintilər isə həm qan şəkərini tənzimləyir, həm də həzm prosesini asanlaşdırır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
demokrat.az

1Источники