Fevralın 21-də sübh saatlarında faciəvi şəkildə ölən FHN əməkdaşı bu gün dəfn edilib.
"Yeni Sabah" xatırladır ki, saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı 2 nəfəri maşın vurub.
Həlak olan 1984-cü il təvəllüdlü Şirvan Şəhər Yanğından Mühafizə dəstəsinin əməkdaşı Hakim Piriyevdir. O bu gün Neftçala ryonunun Şorbaçı kənd qəbristanlığında dəfn edilib.
Xatırlatma: faciə zamanı Salyan rayonunun 37 yaşlı Xocalı kənd sakini Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız