RU

Səyyad Aran Saatlıda seçiciləri ilə görüşdü FOTO

ain.az, Gununsesi saytına istinadən bildirir.

Milli Məclisin deputatı Səyyad Aran Saatlı rayonu, Varxan kənd orta məktəbinin inzibati binasında seçiciləri ilə görüş keçirib. Millət vəkili ötən dövr ərzində vətəndaş müraciətləri əsasında gördüyü işlər, eləcə də Milli Məclisdəki fəaliyyəti haqqında seçicilərinə hesabat verib.

Gununsesi.info xəbər verir ki, qəbul zamanı kənd sakinləri onları narahat edən bir sıra problemlərlə fikirlərini səsləndiriblər. Müvafiq qeydlər aparılıb və əlaqədar dövlət qurumlarına sorğuların göndəriləcəyi diqqətə çatdırılıb.

Qəbulda YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və Saatlı RİH başçısının Varxan və Qaralar kənd ərazi üzrə icra nümayəndəsi Eyvaz Əsədov da iştirak edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
icma.az

2Источники