RU

“Araz” marketdə kiflənmiş məhsullar satışa ÇIXARILIR? - VİDEO

 

 

Sosial şəbəkələrdə "Araz" marketlər şəbəkəsində vaxtı keçmiş pendir məhsullarının yenidən qablaşdırılması ilə bağlı videogörüntülər yayılıb.

İddiaya görə,"Dədə Qorqud" parkının yaxınlığında yerləşən "Araz" marketdə pendirin kiflənmiş hissəsi ayrılaraq qablaşdırılır və yenidən vitrinə qoyularaq satışa çıxarılır. 

Həmçinin pendir xarab və qırılmış yumurtaların yaxınlığında kəsilir.

Milli.Az-ın sorğusuna cavab olaraq məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bəğlı məsələ nəzarətə götürülüb:

"Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
3
olaylar.az

4Источники