RU

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsinin həbs müddəti UZADILDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayevin həbs müddəti uzadılıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, istintaq orqanının təqdimatına Binəqədi Rayon Məhkəməsində baxılıb və müvafiq qərar qəbul edilib. Qərara əsasən, Qafar Abdullayevin həbs müddəti 3 ay 10 gün müddətə uzadılıb.
 

Qeyd edək ki, Qafara Abdullayevlə yanaşı, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov da saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.


Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma — qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma — təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Bizim.Media

Избранный
2
8
bizim.media

9Источники