ABŞ administrasiyası İranla bağlı həm diplomatik, həm də hərbi variantları eyni vaxtda nəzərdən keçirir. Bununla bağlı, "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb. Xəbərə görə, Donald Tramp administrasiyası İranın nüvə proqramı ilə bağlı yeni yanaşmanı müzakirə edir. Bildirilir ki, Vaşinqton İrana "simvolik uran zənginləşdirmə" imkanı verə biləcək təklifi nəzərdən keçirməyə hazırdır. Şərt ondan ibarətdir ki, bu proses İranın nüvə silahı əldə etməsinə imkan verməməlidir. Eyni zamanda, administrasiyaya hərbi variantların da təqdim edildiyi qeyd olunur. Bu variantlar arasında İranın ali rəhbəri Əli Xameneyi və onun oğlu Müctəba Xameneyinin hədəf alınması ehtimalı da yer alır. Ancaq mənbələr yekun qərarın hələ verilmədiyini bildirirlər. İradə SARIYEVA
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта