RU

İntizam Komitəsindən Kadi Borgeslə bağlı gözlənilməz qərar! – “Qarabağ”ı sevindirən xəbər

Bilindiyi kimi, “Qarabağ” Misli premyer-liqasının 20-ci turunda - “İmişli” ilə oyunda azlıqda qaldı. Buna Kadi Borgesin 72-ci dəqiqədə Ronaldo Rodrigesi itələyərək yerə yıxması səbəb oldu. Kadi meydandan təcavüzkar davranış maddəsiylə qovuldu. Bunu həm AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov dilə gətirdi, həm də Peşəkar Futbol Liqasının saytında yer alan protokolda həmin ifadə qeyd olundu.

İş ondadı ki, AFFA İntizam Komitəsi son turla bağlı cəzaları açıqlayarkən “köhlən atlar”ın futbolçusunun ciddi qayda pozuntusu maddəsinə əsasən iki oyunluq cəzalandırıldığı ortaya çıxdı.

Göründüyü kimi, AFFA futbolçunun cəza maddəsini dəyişib. Bunun səbəbini öyrənmək məqsədilə İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Epizodun videogörüntüsü iclasdan bir gün əvvəl komitənin bütün üzvlərinə göndərildi. İntizam Komitəsi təhlillərdən sonra yekdil qərarla epizodu təcavüzkar davranış yox, kobud oyun kimi dəyərləndirdi”.

Maraq üçün qeyd edək ki, həmin turda “Sumqayıt”ın təcavüzkar davranışa yol verən futbolçusu Aleksandr Ramalinqomun cəza maddəsi dəyişməyib. O, qaydalara uyğun şəkildə növbəti üç matçda iştirak etməyəcək.

KƏNAN BAHADIR
Избранный
20
1
football-plus.az

2Источники