RU

Azərbaycanda minik avtomobillərinin istehsalı 71% artıb - 244-Ü ANBARLARDA QALIB

Bu ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 167 ədəd və ya 71,1% artıb.

2025-ci ilin yanvar ayında bu göstərici 235 ədəd təşkil edib.

1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 244 ədəd təşkil edib ki, bu da illik müqayisədə 103 ədəd və ya 73,0% çoxdur.

Ötən ilin eyni dövründə hazır minik avtomobili ehtiyatı 141 ədəd olub.


Избранный
21
fed.az

1Источники