RU

Zelenski: Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib



Ukrayna Prezidenti Volodimir Zelenski Frans-Pres Agentliyinə (AFP) verdiyi müsahibədə bildirib ki, Ukrayna hərbçiləri 300 kvadratkilometr ərazini azad etməyi bacarıblar. Bu, cəbhənin cənub bölgəsində baş verib. Prezident qeyd edib ki, Ukrayna əsgərləri cənubda irəliləyir. "Təfərrüata varmayacam, amma bu gün ilk növbədə ordumuzu - bütün müdafiə qüvvələrini - təbrik edə bilərəm, çünki bu günə qədər 300 kvadrat kilometr ərazi azad edilib", deyə Prezident qeyd edib. Zelenski Ukrayna əsgərlərinin bu uğura hansı dövrdə nail olduqlarını dəqiq açıqlamayıb. Zelenski bildirib ki, Ukrayna Rusiyanın "Starlink" terminallarının bağlanmasından yararlanır. Bununla belə, Ukrayna müdafiəçiləri də xidmətdə fasilələrlə üzləşiblər. İRADƏ
Избранный
3
5
baki-xeber.com

7Источники