RU

Çin Rusiyaya dronları bu ölkədən göndərir Faktlar açıqlandı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

"Bloomberg" аgеntliyinin yaydığı məlumata görə, 2022-ci ildən etibarən Taylanddan Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) ixracı kəskin şəkildə artıb. Bu artım eyni dövrdə Çindən Taylanda dron idxalının yüksəlməsi ilə paralel müşahidə olunur. Mənbə bildirib ki, Ukrayna rəsmiləri də bu tendensiyanı qeydə alıblar.

Agentliyin məlumatına əsasən, ötən il 11 ay ərzində Rusiya Taylanddan 125 milyon dollar dəyərində pilotsuz aparat idxal edib. Bu rəqəm Taylandın ümumi dron ixracının 88 faizini təşkil edir və 2024-cü illə müqayisədə səkkiz dəfə çoxdur. Müqayisə üçün qeyd olunur ki, 2022-ci ildə Tayland ümumilikdə 1 milyon dollardan az məbləğdə dron ixrac edib və həmin il Rusiyaya heç bir göndəriş həyata keçirilməyib.2025-ci ildə isə Çin Taylanda 186 milyon dollar dəyərində pilotsuz aparat tədarük edib.

Tayland Gömrük Departamentinin baş direktoru bildirib ki, Çin istehsalı olan dronların Tayland üzərindən ixracı mövcud qanunvericiliyə uyğundur. Onun sözlərinə görə, Tayland qanunvericiliyi idxal zamanı pilotsuz aparatların hansı məqsədlə istifadə olunacağını bəyan etməyi tələb etmir.

"Bloomberg" qeyd edir ki, Qərb ölkələri BƏƏ və Qazaxıstan üzərindən həyata keçirilən əvvəlki marşrutlara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etdikdən sonra Tayland ötən il Rusiya üçün mühüm təchizat kanallarından birinə çevrilib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
azpolitika.info

1Источники