RU

Maşın vuran FHN əməkdaşları ilə bağlı AÇIQLAMA

Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Day.Az hadisə saat 06 radələrində baş verib.

Salyan rayonu ərazisində yanan avtomobili söndürmək üçün köməyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 əməkdaşını yük maşını vurub. Nəticədə Neftçala rayonunun Şorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb.

Digər FHN əməkdaşı, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Избранный
20
4
day.az

3Источники