RU

Keçmiş MTN zabiti: “Qorunan zonaya daxil olmaq dinc aksiya deyil”

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-dən, Avropadan və ümumilikdə dünyanın istənilən ölkəsindən Azərbaycana rəsmi səfərə gələn şəxslərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur.

Bu prosesə polis orqanları, Dövlət Təhlükəsizliyi Xidməti və Prezidentin Təhlükəsizlik Xidməti cəlb edilir.

İndiyədək Azərbaycanda həyata keçirilmiş minlərlə rəsmi səfər zamanı hər hansı ciddi insident qeydə alınmayıb.

Lakin Azərbaycan prezidenti Avropa ölkələrinə səfər edərkən fərqli mənzərə müşahidə olunur.

Dövlət başçısının qaldığı otelin ətrafında insanlar sərbəst hərəkət edir, avtomobillər maneəsiz şəkildə hərəkətini davam etdirir, bəzən isə təxribat xarakterli şüarlar səsləndirilir.

Bəs görəsən, Avropa ölkələrində bu niyə belə deyil?

Bu barədə Gununsesi.info-ya sabiq MTN zabiti Cavanşir Vəliyev danışıb.

O bildirib ki, bu fərqin səbəbi “təhlükəsizlik zəifdir” və ya “təhlükəsizlik güclüdür” kimi sadə deyil. Burada siyasi mədəniyyət, hüquqi çərçivə və risk idarəetmə modeli fərqlidir:

Analitik şəkildə ayırsaq, təhlükəsizlik modeli fərqini deyə bilərik. Azərbaycan kimi mərkəzləşmiş modeldə dövlət səfərləri zamanı perimetr geniş bağlanır, etiraz aksiyaları faktiki olaraq yaxın buraxılmır, risk əvvəlcədən fiziki məsafə ilə neytrallaşdırılır.

Bu modeldə prioritet risk baş verməsindir.

O, həmçinin bildirib ki, ABŞ və Avropa modeli belədir:

“Məsələn, United States və ya European Union ölkələrində ifadə azadlığı konstitusion hüquqdur, etiraz etmək üçün geniş imkan var, təhlükəsizlik xidməti riski sıfırlamır, idarə edir. Məsələn, ABŞ-də United States Secret Service qorunan şəxsi mühafizə edir, amma polis paralel olaraq etirazçılara ayrılmış zona yaradır. Burada prioritet risk idarə olunsun, amma hüquq pozulmasındır.

Cavanşir Vəliyev deyir ki, açıq cəmiyyət açıq riskdir:

Qərb ölkələrində medianın azadlığı yüksəkdir, küçə siyasəti legitimdir, dövlət başçısı ictimai mühitdən tam izolə olunmur. Bu səbəbdən liderin yaxınlığında şüar səsləndirilməsi təhlükəsizlik zəifliyi deyil, siyasi sistemin açıq olmasının nəticəsidir. Digər bir məsələ isə “İnsident yoxdur” fenomenidir.

Azərbaycanda minlərlə səfərdə insident olmaması iki faktoru göstərir:

1)Sərt perimetr nəzarəti

2)İctimai aksiyaların məhdudluğu

Yəni risk sıfırlanır, çünki risk zonaya buraxılmır.

Qərbdə isə risk sıfırlanmır, nəzarətdə saxlanılır.

Maraqlıdır, diplomatik təhlükəsizlik necə işləyir?

Cavanşir Vəliyev bu barədə deyir:

“Dövlət başçısının xarici səfəri zamanı ev sahibi ölkə təhlükəsizliyə əsas cavabdehdir. Qonaq ölkənin mühafizə xidməti isə daxili yaxın mühafizəni həyata keçirir, koordinasiya birgə mexanizmlə aparılır. ABŞ-də diplomatik təhlükəsizlik məsələlərində əsas qurumlar United States Secret Service, Metropolitan Police Department of the District of Columbiadır. Əgər hadisə hotel ərazisində baş veribsə, obyektin öz təhlükəsizlik xidməti də prosesə qoşula bilər.

O, həmçinin aksiya və təxribat arasındakı fərqi də izah edib:

Hüquqi fərq belədir ki, aksiya (protest) əvvəlcədən icazə və ya bildirişlə keçirilən, qanun çərçivəsində ifadə azadlığı formasıdır. Təxribat isə qorunan zonaya icazəsiz daxil olma, təhlükəsizlik kordonunu yarma cəhdi və ya zor tətbiqi ilə müşayiət olunan hərəkətdir. Əgər qorunan perimetr pozulubsa, bu artıq sırf söz azadlığı çərçivəsindən çıxır və təhlükəsizlik rejiminin pozulması sayılır.

O, son olaraq deportasiya məsələsi ilə bağlı da belə deyib:

ABŞ qanunvericiliyində qanun pozuntusu olduğu halda, məhkəmə prosesi ağır və ya təkrarlanan pozuntu miqrasiya statusuna təsir edə bilər. Yəni qeyri-vətəndaşlar üçün deportasiya mümkündür.

Amma bu avtomatik mexanizm deyil. Deportasiya məhkəmə qərarı, immiqrasiya statusunun yoxlanması və konkret hüquqi əsas tələb edir.

Sadəcə, aksiya iştirakçısı olmaq deportasiya üçün kifayət etmir. Zorakılıq və ya cinayət tərkibi sübut olunmalıdır.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
icma.az

1Источники