RU

Rusiyada güc strukturları nümayəndələrini daşıyan helikopter qəzaya uğrayıb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Amur vilayətinin Romnenski bələdiyyə dairəsində yoxa çıxan şəxsi “Robinson” helikopterinin axtarışları başa çatıb. Xilasedicilər qəza yerində üç şəxsin cəsədlərini aşkar ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Amur vilayəti hökuməti öz “Telegram” kanalında məlumat verib.

Məlumata görə, helikopter ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb. Ekipajla əlaqə bir gün əvvəl kəsilib.

İstintaq Komitəsi daha əvvəl faciə ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüb. Onların versiyasına görə, səbəb texniki nasazlıq ola bilər.

Helikopterin göyərtəsində cəmi üç nəfər olub: pilot, İstintaq Komitəsinin əməkdaşı və polis nümayəndəsi. Ekipaj Romnenski dairəsinin ucqar meşəlik massivində aparılan əməliyyat-axtarış tədbirlərindən qayıdırmış.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
2
oxu.az

3Источники