RU

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və Çinin Sülh Şurasına qoşulmağa tələsəcəyini düşünmürəm.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Turab Rzayev ABŞ Prezidenti Donald Trampın Rusiya və Çinin Sülh Şurasına dəvət edilməsi barədə açıqlamasını şərh edərkən deyib.

“Bu məsələnin iki tərəfi var. Birincisi, maliyyə tərəfidir. Bilirsiniz ki, Tramp Sülh Şurasına qoşulmaq üçün 1 milyarddan başlayan məbləğ tələb edir. Düzdür, bunlar Qəzzanın bərpasına sərf olunacaq. Amma bu maliyyəyə kim nəzarət edəcək, kim xərcləyəcək? Rusiya və Çin bu məsələdə özlərini alçaldılmış tərəf kimi görəcək”, - o bildirib.

Ekspertin fikrincə, ikinci məqam budur ki, Trampın Sülh Şurasının hədəfi ilə Rusiya və Çinin Yaxın Şərq maraqları uzlaşmır:

“Buna görə də hesab edirəm ki, ilkin mərhələdə Çin və Rusiya Sülh Şurasına qoşulmayacaq. Onlar yalnız Sülh Şurasını yenidən və öz şərtlərinə uyğun formalaşdırmaq istəyə və yaxud ABŞ-dan fərqli sahələrdə güzəştlər tələb edə bilərlər. Buna isə Trampın razı olacağı mübahisəlidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
axar.az

1Источники