RU

Güclü qar Almaniya aeroportlarında bəzi reyslərin gecikməsinə səbəb olub

Almaniyanın bəzi bölgələrinə yağan güclü qar hava limanlarının fəaliyyəti və nəqliyyatın hərəkəti üçün ciddi çətinliklər törədib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, güclü qar Frankfurt və Münxen hava limanlarının fəaliyyətinə xüsusilə təsir göstərib. 

 

Hava limanlarının rəsmi saytlarında bir sıra reyslər üzrə təyyarələrin uçuş və enişində gecikmələrin yaşandığı, hətta bəzi aviareyslərin tamamilə ləğv edilə biləcəyi qeyd olunub. Gün ərzində sərnişinlərə aviaşirkətlərlə vaxtında əlaqə saxlayaraq reyslərin vəziyyətini dəqiqləşdirmələri tövsiyə edilib.

 

Qarlı hava şəraitinin təsiri təkcə hava limanları ilə məhdudlaşmayıb. Xüsusilə Bavariyada yolların buz bağlaması xeyli sayda qəzaya səbəb olub.

 

Meteoroloqlar həftəsonu Bavariyada temperaturun tədricən yüksələcəyini, bazar günü havanın temperaturunun 15 dərəcəyədək artacağını bildiriblər.

 

Almaniyanın şimalında da hava şəraitində dəyişiklik gözlənilir. Həftəsonu Aşağı Saksoniya, Bremen və Hamburqda temperaturun bəzi yerlərdə ikirəqəmli göstəricilərə çatacağı proqnozlaşdırılır.


 

Избранный
14
senzor.az

1Источники