RU

"Tesla" “Cybertruck”ın daha əlverişli versiyasını təqdim etdi

Bakı. Trend:

Amerika şirkəti "Tesla" “Cybertruck” elektrik pikapının dahaəlverişli versiyasını təqdim edib və eyni zamanda ən bahalımodifikasiyası olan “Cyberbeast”ın qiymətini azaldıb.

Trend xəbər verirki, bu barədə "Reuters" məlumat yayıb.

Yeni “Cybertruck” iki mühərrikli və tam ötürücülü modeldir. Onunqiyməti 59 990 dollar təşkil edir. Şirkət bu versiyanı pikapmodelləri arasında “ən əlverişli” variant kimi təqdim edir.

“Cyberbeast” modelinin qiyməti isə 114 990 dollardan 99 990dollara endirilib.

Bununla belə, bu versiya artıq əvvəllər təklif olunan“Supervised Full-Self Driving” (FSD) sürücü yardım sistemi və“Supercharger” şəbəkəsinə pulsuz girişi əhatə edən “Luxe Package”ilə birlikdə təqdim olunmur. Sözügedən paket ötən ilin avqustayında qiymət artımı ilə birlikdə əlavə edilmişdi.

Избранный
27
az.trend.az

1Источники