RU

ABŞ hazırlığı artırır: 60 dan çox qırıcı bu ölkəyə gətirildi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Artan ABŞ–İran gərginliyi fonunda İordaniyanın “Müvəffəq Salti” bazasında Birləşmiş Ştatlara məxsus onlarla hərbi təyyarə görülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” peyk görüntülərinə əsasən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, cümə günü qeydə alınan fotolarda bazada 60-dan çox zərbə təyyarəsi yerləşdirildiyi görünür. Bu da adi vaxtda olduğundan 3 dəfə çoxdur.

Bundan başqa, uçuş izləmə məlumatlarına əsasən, fevralın 15-dən etibarən bazaya azı 68 təyyarə eniş edib.

Nəşrin iddiasına görə, digər qırıcılar qapalı yerlərdə saxlanılmış ola bilər.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
globalinfo.az

1Источники