RU

"ChatGPT" psixi pozuntuya səbəb olur

"ChatGPT" istifadəçilərindən biri bu süni intellektin onda psixi pozuntu yaratdığını iddia edərək "OpenAI" şirkətini məhkəməyə verib.

Publika.az xəbər verir ki, amerikalı kollec tələbəsi Darian DeKruz "ChatGPT"nin onu keşiş olduğuna inandıraraq psixoza sürüklədiyini iddia edib.

İddiaçının vəkili Benjamin Şhenk "GPT-4o" modelinin təhlükəsiz inkişaf prinsiplərini pozaraq hazırlandığını və emosional asılılığı inkişaf etdirdiyini diqqətə çatdırıb.

İddia ərizəsinə görə, DeKruz təlim tövsiyələri və şəxsi motivasiya almaq üçün 2023-cü ildə "ChatGPT"dən istifadə etməyə başlayıb. 2025-ci ilə qədər qarşılıqlı əlaqənin təbiəti dəyişib: sistem onu təcrid olunmağa təşviq edib və istifadəçiyə "xüsusi məqsəd" inamını aşılayıb.

Tələbə daha sonra terapevtə getməli olub, bir həftə xüsusi müəssisədə qalıb və orada ona bipolyar pozğunluq diaqnozu qoyulub. İttiham tərəfi iddia edir ki, çatbot onu tibbi yardım almaqdan çəkindirib.

Избранный
8
4
publika.az

5Источники