RU

Azərbaycanlı müğənni ərə gedir Milyonçudur, Range Rover sürür

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış müğənni və model Müjgan Ayxan şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalarla gündəmə gəlib. Sənətçi yaxın zamanlarda ailə qurmağa hazırlaşdığını və həyatındakı şəxsin kifayət qədər imkanlı olduğunu bildirib.Demokrat.az milli.az-a istinadla xəbər verir ki, aparıcı Nigar Fərhadın suallarını cavablandıran ifaçı gələcək həyat yoldaşı haqqında bəzi detalları paylaşıb. O, həmin şəxsin azərbaycanlı olduğunu, lakin uzun müddət xaricdə yaşadığını qeyd edib: "Subaydır, Azərbaycanda yaşamayıb, burada da olmayıb. Amma azərbaycanlıdır. Milyonçudur, işləyir. Maşını 'Range Rover'dir. Mənə bahalı hədiyyələr edir və ailə qurmaq niyyətindədir. Valideynlərimiz də artıq danışıb".Müjgan Ayxan münasibətlərə baxışının artıq dəyişdiyini və hisslərdən çox ciddiyyətə önəm verdiyini vurğulayıb: "Özüm təzə ağıllanmışam. Sevgi-filan boş şeydir, əsas ciddi münasibətdir. Sevən insan yanında, evində, səninlə birlikdə olar".Sənətçi xəyanətə və paralel münasibətlərə qarşı olduğunu da kəskin şəkildə ifadə edib: "İkili sevgim mümkün deyil. İstər qadında, istər kişidə bu alınmır. Bir kişi səni sevirsə, necə başqa yerdə başqa qadınla ola bilər?".Sosial şəbəkələrdə geniş müzakirə olunan bu açıqlamalar izləyicilər tərəfindən fərqli reaksiyalarla qarşılanıb.Həmçinin oxu:

Martda 17 gün iş olmayacaq — Maaşlar belə hesablanacaq

Bu kənddə iftar vaxtı evdə yemək bişirmək qadağan edildi

'O ailə məhz Ofelya Şabanovaya görə dağılmışdı'Demokrat.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
6
demokrat.az

8Источники