RU

Cənubi Koreya PURL proqramına qoşulma imkanını nəzərdən keçirir

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Ukraynaya dəstək tədbirləri çərçivəsində müxtəlif variantları qiymətləndirdiyini bildirib.

APA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bu variantlar arasında ABŞ istehsalı silahların Ukraynaya tədarükü üzrə NATO-nun təşəbbüsü olan PURL proqramına qoşulma imkanı da yer alır.

Nazirliyin nümayəndəsi bildirib ki, hökumət Ukraynaya dəstək məsələləri ilə bağlı Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə məsləhətləşmələri davam etdirir.

Cənubi Koreya proqramda iştirak qərarı verərsə, Seulun töhfəsi qeyri-öldürücü avadanlıqların alınması ilə məhdudlaşa bilər.

PURL proqramında NATO üzvü olmayan ölkələrdən Avstraliya və Yeni Zelandiya iştirak edir.

Qeyd edək ki, PURL proqramı ötən ilin iyul ayında NATO-nun rəhbərliyi ilə ABŞ istehsalı silahların Ukrayna üçün alınması məqsədilə işə salınıb.

Избранный
15
1
apa.az

2Источники