RU

Nostradamusun sirri açıldı: Avropaya fəlakət, Rusiyaya...

ain.az bildirir, Sherg.az portalına istinadən.

Avropanın gələcəyi ilə bağlı diqqətçəkən iddialar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, YesChat.ai platformasının proqramçıları XVI əsr kahini Nostradamusun katrenlərini xüsusi modul vasitəsilə emal edərək onları iqlim, siyasət və hərbi ittifaqlara dair müasir məlumatlarla müqayisə ediblər.

Alınan nəticələrə görə, 2026-cı ilin sonuna qədər Böyük Britaniyanın cənub-şərq hissəsi güclü daşqınların təsiri altına düşə bilər. Eyni zamanda Avropada iki blok arasında hərbi qarşıdurma ehtimalı göstərilir: bir tərəfdə İtaliya və İspaniya, digər tərəfdə isə Yunanıstan və Britaniya.

Proqnozda Fransada genişmiqyaslı etiraz aksiyalarının başlaya biləcəyi də qeyd olunur. Süni intellekt hesab edir ki, ABŞ təsiri fonunda regionun siyasi sabitliyi zəifləyəcək.

Ən diqqətçəkən hissə isə Rusiyayla bağlıdır - analiz nəticəsində Moskva ətrafında güclü geosiyasi mərkəzin formalaşacağı və bunun qlobal balansı dəyişəcəyi iddia edilir.

Nostradamus tərəfdarları onun katrenlərini gələcək hadisələri təsvir edən şifrəli mətn kimi qəbul edir və fransız kahinin hələ XVI əsrdə kral II Henrinin ölümünü dəqiq proqnozlaşdırdığını xatırladırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
sherg.az

1Источники