RU

Putindən Ukrayna ilə bağlı sərt QƏRAR

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin fevralın 20-də Rusiya Təhlükəsizlik Şurasının iclasında Ukrayna üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Vladimir Medinskidən Cenevrədəki üçtərəfli görüşün nəticələri barədə hesabat verməsini istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb. Putin iclasın əvvəlində bildirib ki, Cenevrədə işləyən nümayəndələr əldə olunan nəticələr və aparılan müzakirələr barədə Şuranın daimi üzvlərini birbaşa məlumatlandırmalıdır.

O qeyd edib ki, nümayəndə heyətinə Medinski rəhbərlik edib və çıxış üçün əvvəlcə söz ona, daha sonra isə Müdafiə Nazirliyinin nümayəndəsinə veriləcək.

Rusiya lideri vurğulayıb ki, Təhlükəsizlik Şurasının üzvləri danışıqların detalları, mümkün razılaşmalar və gələcək addımlar barədə ətraflı məlumat almalıdırlar.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüş 17–18 fevral tarixlərində Cenevrə şəhərində keçirilib. Görüş Ukrayna münaqişəsinin nizamlanması istiqamətində diplomatik təmasların davamı kimi qiymətləndirilir.

İclasın əsas mövzusu isə ölkənin müdafiə qabiliyyəti sahəsində aparılan tədqiqatların səmərəliliyinin artırılması olub. Putin bu istiqaməti strateji baxımdan mühüm və aktual adlandırıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
globalinfo.az

1Источники