RU

Orban: Ukrayna “Drujba” kəmərini blokladığı müddətdə Macarıstan Kiyevə kredit ayrılmasını əngəlləyəcək

Macarıstan hökuməti Ukrayna “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitinə mane olmağa davam etdiyi müddətdə Avropa İttifaqının Kiyevə 90 milyard avro ayırmasını bloklayacaq.

APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Ukrayna "Drujba" neft kəmərini bloklamağa davam etdiyi müddətdə Macarıstan Ukraynaya 90 milyard avro məbləğində hərbi kreditin ayrılmasını bloklayacaq. Bizi şantaj etmək mümkün deyil!” – deyə Orban "X" hesabında yazıb.

Избранный
20
1
apa.az

2Источники