RU

Basketbol: “Sabah”la “Gəncə” finalda! – ARENA.AZ

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin görüşləri keçirilib.

Arena.az xəbər verir ki, hər iki finalçı eyni gündə müəyyənləşib.

Bakı İdman Sarayında “Ordu” ilə qarşılaşmış “Sabah” rəqibinə 83:66 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.

Yarımfinalın ikinci matçı isə “Gəncə” və “Şəki” komandaları arasında keçirilib. Bakı İdman Sarayında təşkil olunmuş matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması fevralın 22-də keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək həlledici oyuna saat 17:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
5
11
arena.az

10Источники