RU

Almaniya Kansleri Fridrix Merts CDU-nun sədri vəzifəsinə yenidən seçildi

Bakı. Trend:

Almaniya Kansleri Friedrich Merz lideri olduğu XristianDemokratlar İttifaqının (CDU) sədri vəzifəsinə yenidən seçilib.

Trend xəbər verirki, F.Merts partiyasının Ştutqart şəhərində keçirilən qurultayındasəlahiyyətli nümayəndələrin 91 faizindən bir qədər çox səsinitoplayıb.

Qurultayda Almaniyanın sabiq Kansleri (2005-2021), 2000-2018-ciillərdə CDU-ya rəhbərlik etmiş Angela Merkel də iştirak edib.

Almaniyanın ən güclü siyasi partiyalarından olan mərkəz-sağmövqeli CDU 1945-ci ildə təsis olunub. Partiya federal hökumətdə ənçox yer alan siyasi qüvvə kimi Almaniyanın siyasətində dominant roloynamaqdadır. Almaniya Federativ Respublikasının təsis olunduğu1949-cu ildən indiyədək ölkəyə rəhbərlik etmiş 6 Kansler və 6Prezident CDU-nun üzvləri olub. F.Merts 2022-ci ildə partiyanınsədri, 2025-ci il mayın 6-da isə Almaniyanın Federal Kansleriseçilib.

Избранный
17
az.trend.az

1Источники