RU

"Məhkəmə üzvlərindən utanc duyuram" –Trampdan sərt reaksiya

ABŞ Prezidenti Donald Tramp, Ali Məhkəmənin onun tətbiq etdiyi tarifləri qanunsuz hesab etməsindən sonra əlavə 10 faizlik qlobal rüsumun tətbiq olunacağını anons edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirilən planlaşdırılmamış mətbuat brifinqində məlumat verib.

Dövlət başçısı hazırda qüvvədə olan standart tariflərdən əlavə yeni rüsumların tətbiqi barədə fərman imzalamaq niyyətində olduğunu bəyan edib.

Bundan əvvəl Tramp Ali Məhkəmənin qərarını "dərindən məyusedici" adlandırmışdı. O bildirib ki, "məhkəmənin bəzi üzvlərinin ölkəmiz üçün doğru olanı etməyə cəsarətləri çatmadığına görə onlardan utanc duyur".

Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Tramp administrasiyası tərəfindən tətbiq edilən genişmiqyaslı idxal rüsumlarını qanunsuz hesab edib. Bu qərar idxalçılara on milyardlarla dolların geri qaytarılması ilə nəticələnə bilər.

Xədicə BAXIŞLI

Избранный
56
1
redaktor.az

2Источники