Hər kəs sirrini paylaşacaq etibarlı insan axtarır. Bu 4 bürc altında doğulanlar sizin axtardığınız adamlardır. Onlar sirrinizi öz sirləri kimi qorumağı bacarır. Metbuat.az ən etibarlı 4 bürcü təqdim edir: Əqrəb - Sirrinizi heç vaxt paylaşmayacaq. Arxayın ola bilərsiniz! Dərin düşüncəli və sadiqdir, etibarınızı itirməz. Başqalarının hislərini yaxşı anlayır və heç vaxt onları məyus etməz. Onlarla danışdığınız zaman rahat ola bilərsiniz, çünki gizlilik onların təbiətində var.Oğlaq - Məsuliyyətli və intizamlı Oğlaqlar sirri özləri ilə qəbirə aparırlar. Onlara etibar etmək mümkündür. Həmişə sözlərinə sadiq qalır və sirri qorumaq üçün lazımi məsafəni saxlayırlar. Xərçəng - Qayğıkeş və duyğusal Xərçənglər başqalarının hisslərinə hörmət edir və sirri qoruyur. Sirri açıqlamadan uzun müddət saxlayır və dostları ilə etibarlı münasibət qurur. Tərəzi - Harmoniyalı Tərəzilər konflikt yaratmamaq üçün sirr saxlamağı bacarırlar. Onlar heç vaxt başqalarının sirrini açıqlayıb insanları çətin vəziyyətdə qoymurlar. Bu bürc altında doğulanlara güvənə bilərsiniz. Bu bürcə sirrinizi etibar etsəniz, gizli qalacaq və sizə heç vaxt xəyanət etməyəcəklər.