RU

"Fransa NATO bədənindəki kürüdür" –Maria Zaxarovadan Makrona cavab

Fransa Prezidenti Emmanuel Makron NATO-nu yarılmış qurbağa ilə müqayisə edərkən, Parisin bu bədəndəki "kürü" olduğunu gözardı edir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova "Vesti"yə verdiyi müsahibədə bildirib.

Bundan əvvəl "L'Express" qəzeti Makronun NATO-nun effektivliyinə şübhə etdiyini yazmışdı. Fransa lideri alyansın "beyin ölümü" keçirdiyini xatırladaraq, onu baş beyni olmayan, lakin onurğa beyni qalan yarılmış qurbağa ilə müqayisə etmişdi.

"Ən təəccüblüsü odur ki, Prezident Makron NATO-nu beyinsiz qurbağaya bənzədərkən nədənsə Fransanın da NATO-nun bir hissəsi olduğunu unudur. Belə çıxır ki, o, özünü və ölkəsini beyinsiz qurbağanın bədənindəki kürü ilə müqayisə edir", - deyə diplomat qeyd edib.

Xatırladaq ki, hələ 2019-cu ildə Makron "The Economist" jurnalına müsahibəsində NATO-nun daxili koordinasiyanı tamamilə itirdiyini və bunun "beyin ölümü" kimi xarakterizə oluna biləcəyini demişdi. Fransa lideri həmçinin Avropanın təhlükəsizliyini təmin etmək üçün alyansın əvəzinə Avropa İttifaqının tamhüquqlu silahlı qüvvələrinin yaradılmasına dəfələrlə çağırış edib. 2022-ci ildə isə o, Ukraynadakı xüsusi hərbi əməliyyatın NATO-nu yenidən canlandıran "elektroşok" olduğunu iddia etmişdi.

Xədicə BAXIŞLI

Избранный
39
1
redaktor.az

2Источники